MOLLAYEVLƏR AİLƏSİ VƏTƏNDAŞLIQDAN İMTİNA ETDİ.
Tarix: 18.02.2022 / 17:54 •
Oxundu: 399 dəfə •
Göyçay şəhəri, Əli Kərim küçəsi 2/1 mənzil 35 ünvanında yaşayan Mollayeva Kütahi Sədulla qızı üç övladı ilə birlikdə Azərbaycan vətəndaşlığından imtina etmələri ilə bağlı dövlət başçısı İlham Əliyevə Teleqram ünvanlamışdır.
Buna səbəb həyat yoldaşı Mollayev Vaqifin şərlənərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsidir. İDEAL-a rəsmi müraciət edən Mollayevlər ailəsi bildirir ki, ailənin başçısı Vaqif Mollayev ikinci qrup əlildir və o gözlərinin qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şərlənərək üzərinə narkotika ittihamı qoyulmuşdur. Qanunsuzluqlar və özbaşınalıqlarla bağlı dövlət başçısı İlham Əliyevə yazdıqları yüzlərlə məktub sabotaj edilərək araşdırılması üçün Göyçay şəhər İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin üzərinə göndərilir. Mehdi Səlimzadə və onun köməkçiləri isə problemin həlli və çıxış yolu olaraq ailənin susmasını tərciyyə etmişdir.
Ümidləri hər yerdən üzülmüş Mollayevlər ailəsi çıxış yolu olaraq Azərbaycan vətəndaşlığından imtina etmək qərarına gəlib.
İNCİ OSMANQIZI
