Bu gün:


MİLLİ QANUNLAR SUTENER(LƏR)İN İŞĞALINDA...

Tarix: 27.02.2022 / 15:33  •   Oxundu: 104 dəfə  •  

Korrupsiya ittihamı üzrə mühakimə edilənlərin böyük bir qismi  Penitensiar Xidmətin Böyük Şor qəsəbəsində yerləşən "MM" adlı pritonunda, bir hissəsi Binə qəsəbəsində yerləşən "İMM" adlanan motelində kef çəkirlər.
Pul müqabilində bu sahəyə rəhbərlik edənlər nəinki onları bu vəzifəyə təyin edən Prezidentə,təmsil etdikləri Dövlətin atributlarına, öz alçaq-mənfur mənliklərinə də xəyanət etməkdən çəkinmirlər!

ƏNPX-in MM-in rəisi Mayıl Məmmədov,baş həkim Nicat Cəlilovun təkcə 01 aylıq icarədən yığdıqları pulun miqdarı 500.000 (beş yüz min) manatdan artıqdır.

Ömürlük məhkum 8 nəfərin qətlində ittiham edilən Quliyev Şöhrət Məmməd oğlundan alınan 01 aylıq xərac 10.000 manat təşkil edir.
Şöhrət Quliyev demək olar ki, cəzasının 12 ilini məhz "MM" adlı pritonda çəkir.
Üstəgəl oğlu Orxan Quliyev hər ay PX rəhbərliyinin ailəsinin bazarlığını Gəncədən təşkil edir.
Üzdəniraq xədim məəmırrlar tez-tez Gəncəyə səfər edərək Şöhrət Quliyevin "Bakı" Otelində dincəlirlər.
Bir sözlə bu ölkədə vəhşi cəngəllik qanunlarının nəfsi, İnsan və Vətəndaş Hüquq və Əsas Azadlıqlarının nəfəsini kəsib.

10 Saylı C.Ç.M-in məhkumu Səmədli Leysanın anası Gözəl Xanım İDEAL-a müraciət edərək təbii ehtiyaclarını süni aparatlarla həyata keçirilən oğlundan tələb edilən aylıq icarə haqqını ödəyə bilmədiyinə görə Prezidentdən borc üçün müraciət etməsi sadəcə vəhşətdir.
Görünür korrupsioner-namus alverçilərinin hiss etmə orqanları da ölüb...

Ardı var...

Polad Musayev