Bu gün:


MƏHKUMLAR ARASINDA İĞTİŞAŞ

Tarix: 15.03.2022 / 18:57  •   Oxundu: 413 dəfə  •  

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Böyük Şor qəsəbəsində  yerləşən müalicə müəssisəsində məhkumlar arasında dava düşmüşdür. Dava edən məhkumlar imtiyazlara bürünmüş şəxslərdir. Belə ki, Cavadov Əli İsmayıl oğlu iki ildən artıqdır ki, həmin müəssisədə  saxlanılan ömürlük məhkum Quliyev Şöhrət Məmməd oğlu tərəfindən döyülmüşdür. Dava-dalaşa çox da ciddi səbəb olmasa da, məsələyə müdaxilə edən müalicə müəssisəsinin  rəisi Ədliyyə Polkovnik-Leytenantı Mail Məmmədovun yanaşması tragikomik olmuşdur. Hər iki məhkumla, “profilaktik” söhbət aparan Mail Məmmədov bildirmişdir ki, ikinizdən birini buradan yatab etdirməliyəm. Ona görə də mən yuxarılarla danışıb onların kimin üzərindən seçim edəcəyindən sonra qərar verəcəyəm. 

Yarım saatdan sonra dönüş edən rəis Mail Məmmədov bildirmişdir ki,  baş idarədən göstəriş gəldi ki, Şöhrət Quliyev qalmalı, Əli Cavadov yatab edilməlidir. Buna etiraz edən, Əli Cavadov bildirdi ki, mən nə səbəbə getməliyəm? Axı mən bir neçə xəstəliyin xroniki daşıyıcısıyam. Mən faktiki olaraq Hepatit-C virusuna görə müalicə olunuram. 

Rəis Mail Məmmədovun cavabı gözlənilməz olur. Sən ayda 1000 manat icarə verirsən , amma Şöhrət Quliyev  bizə hər ay 10.000 manat pul ödəyir. Nə olsun ki, onun heç bir xəstəliyi yoxdur. 

Və beləliklə Əli Cavadova bütün “veşlərini” yığmaq tapşırılır. O, əvvəlcə Bakı Apellyasiya  Məhkəməsinə, ardınca isə Bakı İstintaq Təcridxanasına (BİT)  göndərilir. 

Bakı Apellyasiya Məhkəməsinin  hakimi Cavid Hüseynin sədrlik etdiyi prossesdə Əli Cavadovun hər iki gözünün altının və digər üz nahiyələrində qara çapıqların olması yaxınlarına şok-terapiya yaşatmışdır. Fakt üzrə Əli Cavadovun vəkili müvafiq dövlət orqanlarına şikayət etdiyi bildirilir. 

P.S. İDEAL olaraq real fakt üzrə Bakı İstintaq Təcridxanasının  rəisi, Ədliyyə Polkovniki Elnur İsmayılovla telefon əlaqəsi saxlanılıb, məhkumun müəssisəyə daxil olması prosedurlarına uyğun olaraq zəruri tədbirlər görülməsi diqqətinə çatdırılmışdır.

Mövzu diqqətimizdədir. 

Rüfət Kamil