35 MƏHKUM ÖZÜNƏ QƏSD ETDİ
Tarix: 22.03.2022 / 14:58 •
Oxundu: 363 dəfə •
Ötən gecə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 11 saylı cəzaçəkmə müəssiəsinə yenicə təyinat almış Şakir Qəniyevin qanundan və dövlətdənkənar əməllərinə etiraz əlaməti olaraq karsda saxlanılan 35 məhkum özlərini doğramışdır. Bu barədə məhkum ailələri İDEAL-a məlumat vermişdir. Bildirilir ki, özlərinə qəsd edən şəxslər arasında İkinci Qarabağ Müharibəsi Qazisi, Şəhid övladı Məmmədov Elmir İsrail oğlu da vardır.
Məhkum ailələri 11 saylı cəzaçəkmə müəssisələrində həyata keçirilən repressiyalarla bağlı, eyni zamanda Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə olmuş və baş verənlərlə bağlı rəhbər şəxslərə öz şikayətlərini və etirazlarını bildirmişlər.
Məhkum ailələrinin və məhkumların İDEAL-a bildirdiyinə görə, yeni təyin edilmiş rəis Şakir Qəniyevin əsas məqsədi qayda-qanun yaratmaq deyil, daha çox rüşvət yığmaq ambisiyasıdır.
Rəisin ambisiyasına etiraz əlaməti bildirən məhkumlar bircə dəfə nahar fasiləsi zamanı məhkumlar üçün nəzərdə tutulmuş yeməkxanaya daxil olduqdan sonra hər şey alt-üst olmuşdur.
Bilinsin ki, bütün cəzaçəkmə müəssisələrdə cəza çəkən məhkumların maksimum 5 faizi məhz dövlətin məhkumlar üçün ayırıdığı mənşəyi bəlli olmayan “yeməklər”dən qidalanırlar.
Mövzu diqqətimizdədir.
Rüfət Kamil
