Bu gün:


“Gold Lady X” şirkətinin sahibi, “Vagina daraldan” yoxsa “Hüquq müdafiəçisi”?

Tarix: 28.03.2022 / 20:23  •   Oxundu: 3 064 dəfə  •  


“Gold Lady X” şirkətinin sahibi, Gürcüstan vətəndaşı Xanım Qurbanova ətrafında dolaşan söz-söhbətlər sərhəd tanımır. Ayrı-ayrı vətəndaşlara, o cümlədən vətəndaş Mövsümova Səbinə Salman qızı, Albukayr Revanur Ağəhməd qızı və digər onlarla vətəndaşı lotereya oynamaq adı altında pullarını mənimsəmiş Xanım Qurbanova barəsində Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə edilən müraciətlərin fonunda faktların araşdırılması üçün Bakı şəhəri Nərimanov rayonu, 17-ci və 18-ci polis bölmələrinə yönləndirilmişdir.

Yanvar ayından edilən şikayət bu günə kimi heç bir nəticə verməməkdədir. Əksinə, zərərçəkmiş şəxslərə qarşı təhdidlər, təzyiqlər davam etməkdədir. Qəribəsi budur ki, zərərçəkmişlərin polisə təqdim etdiyi sənədlər üzrə hər hansı bir araşdırmaya ehtiyac yoxdur. Çünki Xanım Qurbanovaya MillÖn vasitəsilə və eyni zamanda onun əlaltısı kimi fəaliyyət göstərən Ramiz Alışov adlı şəxsin kartına ödənildiyi de-fakto və de-yure sübut olunur.

Məsələ bundan ibarətdir ki, Xanım Qurbanova ona arxalıq edən şəxs və şəxslərin vəzifə səlahiyyətlərinə güvənərək, başlıcası, cəzasızlıq mühitindən istifadə edərək öz şəxsi instagram səhifəsində özünü gah həkim-ginekoloq, gah da hüquq müdafiəçisi kimi təqdim etməkdən çəkinmir. Nə gözəl Azərbaycan. Hər kəs, daha doğrusu Azərbaycanın efir məkanında ekspert kimi dəvət edilənlər özündə olmayandan xalqa nümunə göstərməkdədir. Daha doğrusu əxlaqsız əxlaqdan, dələduz şəbəkə hüquqdan, quldurlar dövlət idarəetməsindən, partiyasını və əqidəsini icarəyə vermişlər əqidə bütövlüyündən, fərarilər vətənpərvərlikdən və s. dəm vururlar.

Hələlik universal Xanım Qurbanovanın zəmanətlərini oxucuların müzakirəsinə butraxırıq. Buyurun siz də tanış olun.


 








Polad Musayev

P.S. Bu status Yağmur Əliyevanın facebook profilindən götürülmüşdür.