Bu gün:


Trampın övladları onun fırıldaqçılıq əməli şübhəsi ilə əlaqədar ifadə veriblər

Tarix: 04.01.2022 / 12:45  •   Oxundu: 123 dəfə  •  

ABŞ-ın sabiq prezidenti Donald Trampın qızı İvanka Tramp və oğlu kiçik Donald Tramp Birləşmiş Ştatların sabiq dövlət başçısının biznesi ilə bağlı aparılan təhqiqatla əlaqədar Nyu-York şəhər Prokurorluğuna çağırılıb.

Bu barədə “The New York Times” qəzetinə istinadən yazıb.
 
İstintaq sabiq president Donald Trampın fırıldaqçılıq əməlindən şübhələnir. İddiaya görə, Trampın şirkətlərindən biri vergi hesabatlarında daha aşağı qiymət göstərib, lakin imtiyaz əldə etmək üçün daha yüksək səhm qiyməti qeyd olunub.
 
Eks-prezidentin özü bu işin siyasi motivli olduğunu iddia edir.