Bu gün:


Ata 3 yaşlı uşağını qucağına alıb intihar etmək istədi

Tarix: 13.07.2021 / 18:14  •   Oxundu: 132 dəfə  •  

Rusiyanın İrkutsk vilayətində həyat yoldaşından boşanmaq istəməyən kişi ağlasığmaz addım atıb.

34 yaşlı Roman Trentyev 3,5 yaşlı uşağını qucağına alaraq eyvana çıxıb. O, həyat yoldaşını hadisə yerinə çağırıb. Əks təqdirdə 13-cü mərtəbədən intihar edəcəyini bildirib.

Dünən boşanma prosesində olan kişi həyat yoldaşına "görərsən, sənə necə sürpriz hazırlayacağam" dediyi məlum olub.

Əraziyə polis, təcili yarım maşınları gəlib. Həmçinin R.Trentyevin dostu əraziyə gələrək onu fikrindən yayındırmağa çalışıb.

Xilasedicilər binanın qarşısında təhlükəsizlik yastığı açıb.

2 saatdan çoxdur kişi eyvanda dayanıb və ətrafdakı insanları həyəcan içində saxlayıb.

Uzun danışlardan sonra azyaşlı ölüm təhlükəsindən xilas edilib və onun atası polis tərəfindən saxlanılıb.