Bu gün:


Rabitəsiz, xidmətsiz, sobataj nazirliyi

Tarix: 27.07.2021 / 16:02  •   Oxundu: 210 dəfə  •  

Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar naziri Nəbiyev Rəşad Nəbi oğlu “kadr islahatları” adlı simulisiv oyunları bu günə kimi heç bir effekt vermir və uğursuzdur.Poçt danışımaları,göndərişləri iflic vəziyyətdədir.
 
İDEAL Redaksiyasına daxil olan çoxsaylı Şikayətlər kontekstindən kənar bəzi araşdırmaları Nəbi oğlu Rəşadın diqqətinə çatdırırıq:
 
Bakı Şəhər,Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Asəf Əsgərovun adından Vətəndaşın ünvanına 04.07.2021-ci il,3/S-60-151saylı cavab məktubu;
 
Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızının adından 10 İyul 2021-ci il tarixdə Vətəndaşın ünvanına göndərilmiş cavab məktubları və.s,bu günə kimi axtarışdadır və məsuliyyətli Poçt daşıma xidməti axtarışındadır.
 
Faktla bağlı adı çəkilən qurumla əlaqə saxladıq və onlarla arqument qarşısında aciz qalan NRYTN-in rəsmisi günahları köhnədən qalmış qadınların üzərinə atmaqla məsuliyyətdən kənarda qalmağı tərciyyə etdi.
 
Nazir Rəşad Nəbiyevin Vətəndaş məmnunsuzluğu üzrə həyata keçirdiyi “islahatlar”la bağlı cavabını mütləq dərc edəcəyik.
 
Rena Alı