Bu gün:


Ombudsmanın İDEALA cavabı...

Tarix: 13.08.2021 / 14:32  •   Oxundu: 313 dəfə  •  

Bakı Apellyasiya Məhkəməsinin 06.03.2014-cü il tarixli, 2(103)-1526/2014 saylı "Qətnamə"sinin icra olunmaması barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə "Qətnamə"sinin (Ombudsman) ünvanlandığınız şikayətdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə müraciət olunmuşdur.

Verilmiş cavabda bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin 28.10.2014-cü il tarixli icra vərəqəsinə əsasən, Hüseyn Mustafayevdən 21.046,40 manat və 5.000 ABŞ dolları (Mərkəzi Bankın müəyyən etdiyi məzənnə nəzərə alınmaqla manat hesabı ilə) alınaraq, Sizə verilməlidir
İcra sənədi üzrə Nəsimi Rayon İcra Şöbəsində başlanılmış icraat zamanı borclu tələbi təmin etməmiş, məhkəmə qərarını qərəzli şəkildə icra etmədiyinə görə barəsində cinayət işi başlanılmış və toplanmış materiallar üzrə Nəsimi Rayon Məhkəmisinin 03.04.2017 –ci il tarixli hökmü ilə H.Mustafayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək bir il iki ay on beş gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir.

Sonrakı dövrdə borclunun iş yeri müəyyən edilərək tələb gəlirinin 50% hissəsinə yönəldilmiş habelə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması üçün icra məmuru tərəfindən müvafiq məhkəməyə təqdimatla müraciət olunmuş və hazırda təqdimat məhkəmə baxışındadır.

P.S. İcraya məsul Murad Xudaverdiyevlə əlaqə saxladıq və verdikləri təqdimatın hansı hakimin icraatında olduğunu soruşduq: Bildirdi ki, hazırda icra işilə bağlı başqa ünvandayıq və bu barədə 1-ci gün məlumat verəcəyik.

P.P.S. Biz hansısa vətəndaşın həbs edilməsində əsla maraqlı deyilik .Maraq və istəyimiz bundan ibarətdir ki, Dövlətimiz adından qəbul edilmiş qərar və qətnamələrə hörmət və həssaslıqla yanaşılsın və qanunamüvafiq tədbirlər görülsün.
9-cu ildir ki, icrasız qalmış "Qətnamə"nin icra olunması üzrə ölkəmiz adına rüsvayçıllıq tendensiyasının bitməsi üzrə sonuna qədər mövzu diqqətimizdədir.

Sofia Sofulu