Bu gün:


Qobustan həbsxanasında aftoritarizm davam edir.

Tarix: 20.10.2021 / 15:36  •   Oxundu: 302 dəfə  •  

Qobustan həbsxanasında şikayətlər artan xətt üzrə davam etməkdədir. Ötən gün Orucov Səxavət Oruc oğluna qarşı sərgilənən fiziki güc bu gün digər məhkum Bayramov Rafiq Səməd oğluna qarşı tətbiq edilmişdir və eyni zamanda Rafiq Bayramovun müraciət etmək hüququnun qeydiyyat şöbəsinin əməkdaşı Cəfərov Mehman tərəfindən paranormak formada əngəlləmişdir. 

28 ildir ki, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Bayramov Rafiq Səməd oğlu müvafiq dövlət qurumlarına etmək istədiyi şikayət üzrə aldığı cavab sadəcə olaraq, tragikazusdur. 

Qobustan qapalı həbsxanasının qeydiyyat şöbəsinin əməkdaşı Mehman Cəfərov:  “Ə dünya dağılır, məktubmu oxuyan var? Ölkədə heç şəhid ailələrini, qaziləri vecinə alan yoxdur. Sənmi yada düşürsən?...” və.s

Qobustan qapalı həbsxanasının rəisi Ədliyyə Polkovniki Tahir Yusubovdur. Və o bura gələnə qədər 7,15,2 saylı cəzaçəkmə müəssisələrində narkotika satışı üzrə peşəkar bariqa adını qazanmışdır. Tahir Yusubovun və qeydiyyat şöbəsinin əməkdaşlarının düşüncələrindən asılı olmayaraq, cəzaların icrası qanunverciliyinə əsasən, məhkumların yazışma hüququ tanınır.

Mövzu diqqətimizdədir...

Fidan Gəncəli