Bu gün:


Azadlığa buraxılan vətəndaşın mənzil və qeydiyyat hüququ tanınmır

Tarix: 30.10.2021 / 23:21  •   Oxundu: 124 dəfə  •  

23 oktyabr 2021-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan 07.02.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş Mansurov Ruslan Qurban oğlu həbsdə olduğu dönəmdə mülkiyyəti qeyri-qanuni yollarla özgəninkiləşdirildiyindən evsiz qalmaqla yanaşı qeydiyyata düşmək hüququ tanınmır.

Faktla bağlı Ruslan Mansurov "İdeal"-a müraciət etmiş və o qeydiyyata düşməklə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etsə də, idarədən bildirilmişdir ki, qeydiyyata alınma məsələsi ilə artıq polis məşğul deyil. Bu işlə artıq "ASAN Xidmət" məşğul olur.

Polisin yönləndirməsindən sonra Ruslan Mansurov ASAN xidmətdə olsa da oradan vətəndaşa bildirilmişdir ki, hansısa bir vətəndaşın səni öz evinə qeydə alınması ilə bağlı özü və çıxarışın olması vacib şərtlərdəndir.

Hazırda Ruslan Mansurov qeydiyyata düşmək və yaşamaq haqqının tələb edilməsi üzrə hansı dövlət qurumuna müraciət edəcəyini bilmir.

Həbsxanadan azad edilmiş vətəndaşların cəmiyyətə inteqrasiyası və adaptasiyası bu və ya digər formada təşviq edilsə də görünəni budur ki, bəzəkli və bəlağətli sözlər mövcud reallığı əks etdirmir.

Müvafiq dövlət qurumlarından Mansurov Ruslan Qurban oğlunun fundamental konstitusion hüquqlarının tanınmasını tövsiyə edirik.
Mövzu diqqətimizdədir.

Mehriban Əliyeva