Penitensiar Qətl
Tarix: 03.12.2021 / 19:31 •
Oxundu: 215 dəfə •
“sizə çatdıracağım söz qarnımdadır”
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində növbəti qətl hadisəsi baş vermişdir.
15 sentyabr 2017-ci ildə Zakir Qaralovun sifarişi ilə həbs edilmiş Xaçmaz rayon sakini Hüseyinov Zaur Tahir oğlu saxlanıldığı 1 saylı Cəzaçəkmə müəssisəsinin “Məktəb Barak” adlanan korpusun 2-ci mərtəbəsində özünü asaraq intihar etmişdir.
Doğmalarının İdeala verdiyi məlumata əsasən, Zaur Hüseyinov özünü intihar etməmişdən əvvəl evə zəng edib “sizə çatdıracağım söz qarnımdadır” bildirmişdir.
Apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, Zaur Hüseyinov Nabran ərazisində sabiq Baş Prokuror Qaralov Zakirin və Baş Prokurorluqda Təsərrüfat İdarəsinin rəisi işləmiş Məmişov Niyaz Balaca oğluna məxsus Nabrandakı villaların inşa edilməsində icraçı direktor kimi fəaliyyət göstərmişdir.
Həmin vaxtı Zaur Hüseyinov tanışlarından götürdüyü dəyəri 150000 manat civarında tikinti materiallarının pullarını istərkən Məmişov Niyazın xoşuna gəlməmiş və o, Zaur Hüseyinovu Baş Prokurorluqda amansız işgəncələrə məruz qoymuşdur və onun 3-cü, 4-cü və 5-ci fəqərələrini döyərək yerindən çıxartmaşdılar.Heç bir hüquqi əsas olmadan Zaur Hüseyinov 13 il 3 ay müddətinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsiylə azadlıqdan məhrum edilmiş və etiraz əlaməti olaraq bir neçə dəfə quru aclıq aksiyası keçirmişdir.
Lakin, onun bu etriaz aksiyasına heç bir məhəl qoyulmamış və yalançı vədlərlə aldadılmışdır.Yalanlara, mənəvi, psixoloji, fiziki işgəncələrə tab gətirməyən Zaur Hüseyinov çıxış yolu olaraq özünü intihar etmişdir.İntihar faktı ilə əlaqədar 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ədliyyə Polkovniki Həsənov Emin Ədalət oğlu ilə əlaqə saxlamağa cəhd etdik. Telefona cavab verən rəisin Tərbiyəsiz İşlər üzrə müavini Ədliyyə Polkovniki cinayətkar aləmdə “dolya vorovskaya” kimi tanınan Elşad Quliyev bildirdi ki: ”rəis mallı olduğundan uyuyub”.
Bu barədə daha ətraflı məlumat verəcəyik...
Qeyd edək ki, Hüseyinov Zaur Tahir oğlunun həbsə atdıran sifarişçisi Məmişov Niyaz Balaca oğlu Qaralov Zakirin nəvəsinin kirvəsidir.
Rüfət Kamil